“Azərsu” SC martın 10-da Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsinə məhdudiyyət qoyub. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Bakı şəhəri Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədarmartın 10-dagün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda bildirilir.*
N.Abbasova