Vergilər Nazirliyində Əlaqələndirmə və İdarəetmə Departamenti yaradılıb. Bu barədə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bu gün “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransında məlumat verib.
“Departamentin əsas funksiyası vergi orqanları və yerli strukturlar arasında vergi qanunvericiliyi və inzibatçılığa edilən dəyişikliklərlə bağlı səmərəli əlaqələndirmənin aparılmasıdır”, - deyə o bildirib.*
A.Axundov