SOCAR “Günəşli” yatağındakı quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
310 nömrəli quyu 8 saylı dərin dəniz özülündən qazılıb.
Quyu sutkalıq 104 ton neft və 18500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.*
N.Abbasova