“Bank BTB” ASC Bakıda xidmət şəbəkəsini genişləndirir. Bu barədə bankdan məlumat verilib.
“Bank BTB” ASC daha operativ və rahat xidmət göstərmək məqsədilə “Inşaatçılar” şöbəsini müştərilərin istifadəsinə təqdim edib”, - deyə məlumatda deyilir.
“Inşaatçılar” şöbəsində müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcəklər.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda bank fəaliyyəti lisenziyası əldə edib. Bankın səhmdarları 3 fiziki şəxsdir. **
A.Əzizov