Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəliyev Vikipediya internet resursunda Azərbaycan haqqında yer alan yalan məlumatlarla mübarizənin gücləndirilməsinin zəruri olduğunu bildirir.
“Çox təəssüf ki, bu gün Vikipediya mötəbər informasiya mənbəyi deyil. Bu səbəbdən sözügedən internet resursunda Azərbaycan haqqında yer alan və həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizədə səylərimizi artırmalıyıq”, - deyə o, bu gün parlamentin iclasında bildirib.
E.Vəliyev qeyd edib ki, son zamanlar dünyada Vikipediyaya etibar azalıb, çünki burada yerləşdirilən məlumatlar heç də həmişə həqiqəti əks etdirmir.
Nazir müavini internetdə yayılan intihara çağırışlarla bağlı materiallara xüsusi diqqət ayrılmasının vacibliyini də vurğulayıb.*
R.Babayev