Vergilər Nazirliyi 447 vergi ödəyicisinə "səffaf vergipartnyoru” statusu verib. Bu barədə nazirliyin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bəyan edib.
“Biz vergipartnyorluğu institutunu inkişaf etdiririk. İndiyədək 447 vergi ödəyicisinə "səffaf vergipartnyoru” statusu verilib“, - deyə Ə.Məmmədov bu gün “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransında məlumat verib.
O qeyd edib ki, nazirliyin ölkə üzrə 58 xidmət mərkızi var və 2016-cı ildə 507 minə yaxın vergi ödəyicisi onların xidmətlərindən istifadə edib.
“Ötən il nazirliyin “Çağrı mərkəzinə” 220 min zəng daxil olub”, - deyə Ə.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, 2016-cı ildə vergi ödəyiciləri 4 mln. dəfə nazirliyin saytındakı xidmətlərdən istifadə ediblər. **
A.Axundov