Vergilər Nazirliyi, Azərbaycan Auditorlar Palatası (AAP) və “Böyük dördlük” auditor şirkətləri bu gün Əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Vergilər Nazirliyi, AAP, “Deloitte&Touche”, “Ernst&Young”, PwC və KPMG şirkətlərinin nümayəndələri sənədi “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransı çərçivəsində imzalayıblar.
Memorandumun imzalanmasında məqsəd “biznes və vergi orqanları arasında əməkdaşlığın dərinləşdirilməsidir”.*
A.Axundov