2017-ci il fevralın 1-nə əhalinin bank əmanətləri 7 mlrd. 747,2 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilir.
Xəbər verildiyi kimi, 2016-cı ilin sonuna əhalinin bank əmanətləri 7 mlrd. 448,7 mln. manat təşkil edib. Beləliklə, 2017-ci ilin yanvar ayında əhalinin bank əmanətləri 4% artıb.
2016-cı ildə Azərbaycanda əhalinin bank əmanətləri 21,4% azalıb. **
A.Əzizov