“Azəriqaz” İstehsalat Birliyi 2016-cı ildə təbii qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş ziyanı 2 mln. 634,915 min manat məbləğində qiymətləndirib. Bu barədə birliyin baş direktoru Ələkbər Hacıyev hakim Yeni Azərbaycan Partiyasına müsahibəsində bildirib.
“Ötən il ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11,491 min əhali, 224 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 mln. 634,915 min manat dəyərində dəymiş ziyan hesablanıb”, - deyə o qeyd edib.
Baş direktorun sözlərinə görə, istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli təbii qazla təmin olunması üçün 46 min 672,6 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 8 min 880,4 km uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib, 1360 yaşayış məntəqəsi təbii qazla təmin edilib.*
N.Abbasova