Azərbaycan prezidenti İlham Əliyevin martın 13-də Parisdə “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüş zamanı kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması məsələsini müzakirə edib.
“Söhbət zamanı qeyri-neft sektorunda, xüsusilə, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı”, - deyə məlumatda deyilir.
Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edildi. Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulandı. **
F.İsazadə