Azərbaycan prezidenti İlham Əliyev martın 13-də Parisdə “CIFAL” qrupun və DCNS şirkətinin prezidentləri ilə gəmiqayırma sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
“İ.Əliyevin “CIFAL” qrupun prezidenti Jil Remi ilə görüşü zamanı ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin hərbi-texniki sahədə gəmilərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıldı”, - deyə məlumatda qeyd olunur.
İ.Əliyev DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşdə müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd etdilər. Tərəflər Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğuladılar. **
R.Babayev