Prezident İlham Əliyev “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı məsələni müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan prezidenti N.Şamosi ilə Fransaya rəsmi səfəri çərçivəsində görüşüb.
“Görüşdə Azərbaycan ilə “Airbus” şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirilib. Kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.*
F.İsazadə