İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 174 cinayət faktı qeydə alınıb, onların 40-ı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 104 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
R.Babayev