Q.Cons hazırda “BP”-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.
“Q.Cons qlobal miqyasda təcrübəli bir neftçi və yetkin bir biznes rəhbəridir. “BP-nin dünya üzrə quyularını idarə edən bölümünə uzun müddət başçılıq etmiş bir şəxs kimi o, bu yeni vəzifəyə Xəzərdəki əməliyyatlarımızla bağlı öz dərin texniki bilgilərini gətirir. O, BP-nin "Rumeyla" yatağı və Şimal dənizindəki yataqlar kimi bir sıra çox mühüm biznesini idarə edib”, - deyə məlumatda “BP”-nin baş icraçı direktoru Bob Dadliyə istinadən bildirilib.
Onun sözlərinə görə, “BP” Azərbaycanda öz 25 illiyini qeyd etdiyi bir vaxtda “qəti niyyətimiz bütün maraqlı tərəflərlə daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı biznesimizin uğurunu davam etdirməkdir”.
“BP”-nin yeni regional prezidenti kimi Q.Cons bizim uğurlu tərəfdaşlığımızı şirkətin burada idarə etdiyi bütün layihələrdəki böyük nailiyyətlərin üzərində quraraq davam etdirəcək. Q.Birrell ordon regiondakı biznesimizə dörd ildən artıq rəhbərlik edib və hökumət, SOCAR və tərəfdaşlarımızla çox yaxşı əlaqələr və əməkdaşlığa əsaslanan çoxsaylı uğurlar və nailiyyətlər əldə edib”, - deyə B.Dadli vurğulayıb. **