2017-ci ilin yanvar ayında Azərbaycanda əhalinin bank əmanətləri 6,1% - 6 mlrd. 294,5 mln. manatadək (əhalinin bütün əmanətlərinin 81,25%-i) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 79,6% təşkil edib.
Cari ilin yanvar ayında əhalinin bank əmanətləri 4% – 7 mlrd. 747,2 mln. manatadək artıb.
AMB-nin məlumatına görə, qeyd olunan dövrdə milli valyutada əmanətlərin həcmi 4,3% - 1 mlrd. 452,7 mln. manatadək (bütün əmanətlərin 18,75%-i) azalıb.
2017-ci il fevralın 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 753,9 mln. manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi 993,3 mln. manat təşkil edir. Bununla yanaşı, yanvar ayında rezidentlərin əmanətləri 4,2% azalıb, qeyri-rezidentlərin əmanətləri 2,7% artıb.
Fevralın 1-nə Azərbaycanda əmanət və depozitlərin həcmi 23 mlrd. 215 mln. manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 5% çoxdur.*
A.Axundov