Sumqayıt şəhər sakini Cabir Qayıbovdan külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Qayıbovdan 0,965 qram heroin, yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı isə 2 kiloqram 45 qram heroin və 3 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb”, - deyə məlumatda deyilir. **
R.Babayev