Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasını və ölkənin öz ərazi bütövlüyünü təmin etməsini vacib hesab edir. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycanın haqq işinə dəstək verəcəyik. Hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. İşğal edilmiş torpaqlar geri qaytarılmalıdır. Azərbaycan ərazi bütövlüyünü təmin etməli, öz torpaqları üzərində nəzarəti bərpa etməlidir. Ötən ilin aprelində baş verən hücumlar artıq narahatlığın pik həddə olduğunu göstərdi. Bu, həm də onu sübut etdi ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Bütün hallarda biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”, - deyə o qeyd edib.*
R.Babayev