Axtarış-xilasetmə Qərargahının həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb. Bu barədə qərargahın məlumatında deyilir.
“Meyiti tapılan şəxsin 2016-cı ilin dekabrında "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən olub-olmaması müəyyənləşdirilir”, - deyə məlumatda bildirilir.
Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.*
N.Abbasova