Azərbaycan gömrükçüləri külli miqdarda zəlinin ölkə ərazisindən qanunsuz yolla çıxarılması cəhdinin qarşısını alıblar.
“Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasının vətəndaşı Shafabakhsh Mehran Omran oğlunun idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobilin kabinəsində gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 55 kq olan "Hirudo medicinalis" növ zəlilər aşkar edilib”, - deyə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Tibbi təyinatlı bu zəlilər Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib və faktla bağlı araşdırma aparılır.
Öncə Astara Gömrük İdarəsində bundan öncə digər İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı nəticəsində isə ümumi sayı 29 min ədəd olan "Hirudo medicinalis" növ zəlilər aşkar edilmişdi.
Bu növ zəlilər "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiya (CITES) ilə müəyyən edilmiş siyahıya daxildir. **
R.Babayev