2016-cı ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəlirləri 493,4 mln. manat təşkil edib, bu da 2015-ci ilin göstəricisindən 34% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Ötən il gəmiçiliyin donanmasına daha 9 gəmi əlavə eidlib. 1 yanvar 2017-ci il taixinə gəmiçiliyin balansında olan gəmilərin ümumi sayı 284-ə çatıb. Bununla belə, 2016-cı ildə 10 gəmi Xəzər dənizindən kənarda fəaliyyət göstərib”, - deyə hökumətdən qeyd ediblər.
O cümlədən, ötən il XDG iki tanker və ikii Ro-Ro tipli bərənin tikintisinə dair saziş imzalayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycan prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb. **
N.Abbasova