Martın 28-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu həftədə 8, mayın 2-dən etibarən - həftədə 10 dəfə uçuşlar həyata keçirəcək. Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat verib.
Hazırda AZAL qeyd olunan marşrut ilə həftədə 7 reys həyata keçirir.
“Agentlik artıq aviareyslərin sayının artırılması üçün AZAL-a müvafiq icazə verib”, - deyə məlumatda deyilir.
Reyslər həftədə üç dəfə - çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.
Əlavə reys martın 28-dən etibarən bazar günləri, mayın 20-dən “Airbus A319” tipli təyyarə ilə çərşənbə axşamları və cümə axşamları həyata keçiriləcək.
AZAL yay mövsümünün sonuna kimi qeyd olunan sayda uçuşlar həyata keçirməyi planlaşdırır. **
A.Əzizov