Azərbaycan Mərkəzi Bankı (AMB) martın 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7437 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8577 manat/1EUR səviyyəsində müəyyənləşdirilib.
AMB martın 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0296 manat/1RUB səviyyəsində saxlayıb.*
N.Abbasova