Aprel ayının əvvəlində Rusiyanın Omsk vilayətinin iş adamları Bakıya səfər edəcəklər. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan(AZPROMO) məlumat verilib.
“3 aprel tarixində Rusiyanın Omsk vilayətinin şirkətləri ilə işgüzar görüş keçiriləcək”, - deyə məlumatda deyilir.
Omsk şirkətləri ilə işgüzar əlaqələr qurmaq istəyən Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunur.
“27 mart tarixinə qədər şirkətlərin qeydiyyatı həyata keçiriləcək”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov