2016-cı ildə “Bakı Metropoliteni” QSC-nin inkişafına sərmayələr 219,5 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Ötən il dövlət büdcəsindən QSC-nin metro xəttlərinin tikintisinin davam etdirilməsinə dövlət zəmanəti ilə ümumilikdə 219,5 mln. manat vəsait cəlb olunub”, - deyə hökumətdən qeyd ediblər.
Xüsusilə, bu vəsait hesabına 2016-cı ildə iki metro stansiyası - “Avtovağzal” və “Memar Əcəmi” istifadəyə verilib. “Nizami” stansiyasında təmir-bərpa işlərinə başlanılıb. 70 qatarın təmiri, “Elmlər Akademiyası” stansiyasında yenidənqurma işləri aparılıb və s. işlər həyata keçirilib. **
N.Abbasova