Azərbaycan Kiyevdə Ticarət Evi yaratmaq niyyətindədir. Ukrayna Nazirlər Kabinetinin saytında verilən məlumata görə, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Kiyevdə Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşdə deyib.
“Azərbaycanın Ukraynaya ixrac və investisiyaların artımını təmin etmək üçün təklifi var. Azərbaycan Ukraynada Ticarət Evi yaratmağa hazırdır”, - deyə o bildirib.
Nazir bu məsələnin həllinə dəstək göstərməyə çağırıb.
“Hesab edirəm ki, bu Ticarət Evinin köməyi ilə ticarət sahəsində əməkdaşlığımızın inkişafına təkan verə biləcəyik”, - deyə Ş.Mustafayev vurğulayıb.*
A.Axundov