Oktyabrda Azərbaycan-Ukrayna Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək. Bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə dünən keçirilən görüş zamanı bildirib.
Hökumətlərarası Komissiyanın 11-ci iclası 1 iyul 2016-cı il tarixində Bakıda keçirilib.
Ukrayna Nazirlər Kabinetinin saytında verilən məlumata görə, görüşdə tərəflər ticari-iqtisadi əməkdaşlığın dərinləşməsi imkanları və ticarət potensialının artırılması, ikitərəfli əməkdaşlığın yeni potensila sahələrini müzakirəe diblər. Həmsöhbətlər qeyd ediblər ki, ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın səviyyəsi mövcud potensiala cavab vermir.
V.Qroysman və Ş.Mustafayev xüsusilə, maşınqayırma, təyyarəqayırma, kimya sənayesi, ASK, həmçinin sağlamlıq turizmi sahələrində əməkdaşlıq potensialını qeyd ediblər. “Biz sizin biznes üçün tam açıqıq”, - deyə V.Qroysman vurğulayıb.
Ş.Mustafayev maşnqayırma saəsində əməkdaşlığın inkişafı perspektivlərini qeyd edib. “Bu vacib istiqamətdir. Azərbaycanda mümkün birgə müəssisələrin yaradılması üçün Ukraynanın təcrübəsindən istifadə etmək istərdik”, - deyə nazir bəyan edib.
Tərəflər arasında həmçinin ölkələrin tranzit imkanlarından istifadə perspektivləri müzakirə olunub. V.Qroysman Ukraynanın malların nəqlinin intensuvliyinin artırılması məqsədilə Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından istifadədə maraqlı olduğunu qeyd edib.
Ukraynanın baş naziri bildirib ki, 27 mart tarixində keçiriləcək GUAM-a üzv-ölkələrin sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sammitdə Azərbaycanın baş nazirinin müavini İsmət Abbasovun iştirakı gözlənilir. Tədbir çərçivəsində Ukrayna və Azərbaycan arasında ikitərəfəfli ticarətə dair sənədlər imzalanacaq. **
A.Axundov