Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Ukraynanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Sənəd Kiyevdə keçirilən Azərbaycan-Ukrayna biznes forumu çərçivəsində imzalanıb.
Bundan başqa, Ukraynanın Ticarət və Sənaye Palatası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında da əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.*
A.Axundov