Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 99 cinayət faktı qeydə alınıb, onların 35-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 54 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.*
F.İsazadə