Gürcüstan ptrezidenti Georgi Marqvelaşvili martın 16-da Bakıda “Xarici əlaqələrin gələcəyi: gücvə maraqlar"mövzusunahəsr olunan VQlobalBakıForumunda iştirak edəcək. Bu barədə prezidentin mətbuat katibi Eka Mişveladze bəyan edib.
“G.Marqvelaşvili Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında G.Marqvelaşviliyə fəxri doktor dərəcəsinin təqdimatı keçiriləcək”, - deyə E.Mişveladze bildirib. **