Prezident İlham Əliyev martın 14-də Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş Azərbaycan prezidentinin Fransaya rəsmi səfəri çərçivəsində baş tutub.
“Münaqişə ilə əlaqədar gərginliyin mövcudluğu regiona ziyan vurur”, - deyə Ermənistan-Azərbaycan münaqişəsinin öz həllini tapmamasına toxunan İ.Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkündür.
Tərəflər Bakı və Paris arasında strateji xarakter daşıyan münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıblar.*
R.Babayev