AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında Azərbaycanın 20% ərazisinin işğalı məsələsi qaldırılacaq. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib
Bu gün Bakıda AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası öz işinə başlayır.
“Biz iclasda Azərbaycanın üzləşdiyi təcavüz, 1 mln.-dan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulması, dünya dövlətlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə münasibəti, danışıqlar prosesinə Ermənistanın qeyri-konstruktiv münasibəti ilə bağlı məsələləri müzakirə edəcəyik”, - deyə o, jurnalistlərə bildirib.
Nazir müavini avropalı deputatlar tərəfindən dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələr və humanitar böhranla bağlı məsələlərin müzakirə olunmasının vacibliyini vurğulayıb. «Avropalı deputatlar bu problemləri, eləcə də onların səbəblərini, dünya dövlətlərinin sözügedən problemlərin həllinə yanaşmasını, humanitar yardımın göstərilməsi məsələlərini müzakirə etməlidirlər», - deyə X.Xələfov qeyd edib.*
R.Babayev