Heydər Əliyev Beynəlxalq Hava Limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edir. Bakı hava limanı Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.
Hava Limanı Böyük Britaniyanın nüfuzlu "Skytrax World Airport Awards" mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimat mərasimi martın 14-də Amsterdamda keçirilib.
2017-ci il mükafatları inspeksiya dövründə keçirilən 105 ölkədən 13,82 milyon sərnişinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən təqdim edilir.
Bütün dünya üzrə 550 hava limanını əhatə edən və hava limanının səyahətçilər üçün müxtəlif xidmətlərini və əsas fəaliyyət göstəricilərini - qeydiyyat, gəliş, transfer, alış-veriş, təhlükəsizlik, immiqrasiya və s. qiymətləndirən inspeksiya 2016-cı ilin iyul ayından 2017-ci ilin fevral ayına kimi keçirilib.
İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil, və buna görə də, hava limanının mükəmməlik və keyfiyyəti üzrə obyektiv göstəricidir.
2015-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanı Skytrax-ın nüfuzlu "4 ulduz" reytinqinə layiq görülüb və bir daha bu yüksək səviyyəyə layiq olduğunu sübut edib. Bu günədək dünyada yalnız 37 hava limanı bu reytinqə layiq görülüb.
"The World Airport Awards" mükafatı hava limanı sənayesi üçün hava limanı müştərilərinin məmnuniyyətinin illik qlobal inspeksiyası zamanı sərnişinlər tərəfindən tanınan ən nüfuzlu qiymətləndirmə hesab olunur.**
N.Abbasova