Bakı Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır və bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edir. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllində maraqlıdır. Bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edirik”, - deyə X.Xələfov bu gün Bakıda AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, əraziərini azad etdikdən sonra Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün zəruri şətrait yaradacaq. “Lakin, əfsuslar osun ki, beynəlxalq birliyin tətbiq etdiyi ikili standartlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesini uzadır”, - deyə X.Xələfov vurğulayıb.
Nazir müavini qeyd edib ki, Ermənistan işööal etdiyi Azərbaycan ərazilərini silah və narkotiklərin qanunsuz daşınması üçün istifadə edir.
“Ermənistanın işğalı nəticəsində Azərbaycan və İran arasında sərhədin 132 kilometrilk hissəsi qanunsuz miqrasiya, narkotiklərin və silah daşınması üçün istifadə olunur. Bu terrorçuşuğun artması üçün münbit şərait yaradırş Beynəlxalq təşkilatlar bu təhlükələrə xüsusi diqqət yetirməlidir, çünki bu istiqamətdə natamam tədbirlər qeyd olunan mənfi amillərlə səmərəli mübarizəni təmin etmir”, - deyə o vurğulayıb. **
R.Babayev