SOCAR “Günəşli” yatağındakı quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
271 nömrəli quyu 15 saylı dərin dəniz özülündən qazılıb.
Quyu sutkalıq 82 ton neft və 10000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.*
N.Abbasova