2017-ci ilin ikinci yarısında Azərbaycan prezidenti İlham Əliyev Macarıstana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Macarıstanın Bakıdakı səfiri İmre Laslotski bəyan edib.
“Sizin prezidentin Macarıstana səfəri ərəfəsindəyik (...). Hazırda səfərin tarixi və gündəliyinə dair məsləhətləşmələr aparılır. Bu, təqdibən 2017-ci ilin ikinci yarısında baş tutacaq”, - deyə səfir bildirib.
“Son görüş zamanı liderlərimiz hər il görüşəcəklərinə dair razılığa gəliblər. Bu yaxşı əlamətdir. Çünki yüksək səviyyəli səfərlər əməkdaşlığın, həmçinin iqtisadi sahədə inkişafa təkan verir”, - deyə diplomat qeyd edib.
İ.Laslotski ilə müsahibənin tam mətni ilə “İnterfaks-Azərbaycan” agentliyinin http://interfax.az/view/698318 saytında tanış olmaq mümkündür. **
F.İsazadə