Vergilər Nazirliyi 2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 939 mln. 138,2 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Vergilər Nazirliyi 2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 1 mlrd. 101 mln. 497,6 min manat məbləğində vergi və rüsum köçürüb. Beləliklə, 2017-ci ilin müvafiq dövründə köçürmələrin həcmi 14,7% azalıb.
"Vergi orqanları cari ilin yanvar-fevral aylarında dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə planı artıqlaması ilə yerinə yetirib. Köçürmələrin faktiki həcmi 939 mln. 138,2 min manat təşkil edib (plan tapşırığı 105,2% yerinə yetirilib)", - deyə məlumatda qeyd edilir.
Yanvar-fevral aylarında 68,172 min vergi ödəyicisi, o cümlədən 492 ƏDV ödəyicisi vergi orqanlarında qeydiyyatdan keçib.
2017-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 7 mlrd. 510 mln. manat təşkil edir.*
A.Əzizov