Axtarış-xilasetmə Qərargahı dənizin “Pirsaat daş silsiləsi” ərazisində meyiti tapılan şəxsin 2016-cı il dekabrın 15-də “Səngəçal-Xərə-Zirə-Duvannı” yatağında estakadanın bir hissəsinin uçması nəticəsində itkin düşmüş neftçilərdən biri olmasını təsdiq edib. Bu barədə Qərargahdan məlumat verilib.
“Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 4-də meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış, 1970-ci il təvəllüdlü Abbasov Ramiz Qulu oğlu olduğu rəsmən təsdiq edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək”, – deyə məlumatda bildirilir.
Hazırda 4 nəfər itkin düşmüş hesab edilir. **
N.Abbasova