Avropa İttifaqı ölkələri 2014-2016-cı illərdə readmissiya haqqında sazişə əsasən 193 Azərbaycan vətəndaşını vətənə göndərib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bəyan edib.
“Aİ, həmçinin Norveç ilə Azərbaycan arasında imzalanan readmissiya haqqında sazişlər çərçivəsində DMX-nin müraciəti əsasında 2014-cü ildə 3 nəfər, 2015-ci ildə - 70 nəfər, 2016-cı ildə - 120 nəfərin readmissiyası həyata keçirilib”, - deyə F.Nəbiyev bildirib.
O vurğulayıb ki, 1 aprel 2017-ci il tarixindən etibarən “Azərbaycan Hökumətiiləİsveçrə Federal Şurası arasındaİcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş qüvvəyə minəcək. “Bu saziş 10 oktyabr 2016-cı ildə imzalanıb və cari ilin 1 aprel tarixindən qüvvəyə minəcək”, - deyə DMX-nin rəisi əlavə edib. **
A.Əzizov