ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artıraraq 1%-ə çatdırması ilə bağlı qərarın dolayısı ilə manatın məzənnəsinə təsiri ola bilər. Bu barədə AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə deyib.
“Bu qərar manatın məzənnəsinə birbaşa təsir etməyəcək. Yalnız dolayısı olaraq psixoloji təsir göstərə bilər. Çünki neftin qiymətinin mühüm dərəcədə ucuzlaşması monetar siyasətə təsir edə bilər”, - deyə L.Yusifzadə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında bildirib.
14-15 mart tarixlərində keçirilən iclasın yekunları üzrə FED federal kredit vəsaitləri üzrə faiz dərəsəsinin məqsədli diapazonunu 0,25 faiz punktu illik 0,75-1%-dək artırmağı qərara alıb. **
A.Axundov