Prezident İlham Əliyev 2017-ci ildə Azərbaycanda ÜDM-in artımını gözləyir.
“2017-ci il Azərbaycanda iqtisadi artım ili olacaq (2016-cı ildə 3,8% səviyyəsində resessiyadan sonar - İF). Cari ilin iki ayı ərzində artım müşahidə olunur (artım 0,4% - İF). Bununla belə, yanvar-fevral aylarında qeyri-neft sektorunda artım 5,3% təşkil edib”, - deyə dövlət başçısı bu gün V Qlobal Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, 2014-2016-cı illərdə dünya bazarlarında neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi zərbə vurub. “Gəlirlərimiz 3-4 dəfə azalıb. Bu bizim üçün ciddi çağırış oldu, lakin biz bunun öhdəsindən gəldik. Neftin qiymətinin aşağı olduğu şəraitdə biz iqtisadiyyatımızı yenidən qura bildik”, - deyə İ.Əliyev vurğulayıb. **
R.Babayev