Bakı müxtəlif dövlətlər arasında münasibətlərdə sabitləşdirici rol oynayır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycan müxtəlif ölkələr arasında münasibətlərdə sabitləşdirici rol oynayır. Hələ bu yaxınlarda qonşularımız olan Rusiya və Türkiyə arasında ciddi gərginlik var idi. Biz onların barışığında öz rolumuzu oynadıq. Məqsədlərimizə nail olduq”, - deyə dövlət başçısı bu gün V Qlobal Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, son hadisələr nümayiş etdirdi ki, Moskva və Vaşinqton Bakını etibarlı tərəfdaş hesab edir.
“Bu yaxınlarda Bakıda tarixi hadisə baş verdi. ABŞ və Rusiyanın hərbi rəhbərliyi Baş Gərargahlarının rəislərinin Azərbaycanda görüşünün keçirilməsinə dair qərar qəbul etdlər. Bu cür görüşün keçirilməsi üçün Azərbaycanın seçilməsi bizim təşəbbüsümüz olmayıb. Onlar bizə bu təkliflə müraciət ediblər”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident bildirib ki, Azərbaycan müstəqil siyaəst yürüdür “və bu tərəfdaşlarımız tərəfinsən yüksək qiymətləndirilir”. “Bizi müstəqil dövlət kimi qəbul edirlər”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı Azərbaycanı NATO ilə fəal əməkdaşlığını qeyd edib. “Biz NATO-ya üzv olmasaq belə, Əfqanıstan hakimiyyətinə texniki və maddi dəstəyi təmin edirik. O cümlədən, alyans ilə əməkdaşlıq çərçivəsində bu ölkəyə hava daşımaları həyata keçiririk”, - deyə İ.Əliyev vurğulayıb. **
R.Babayev