10 aprel-10 may tarixlərində Bakıda keçiriləcək “Shoping festival” çərçivəsində əcnəbilərlə yanaşı Azərbaycan vətəndaşları da “Tax-free” sistemindən istifadə edə biləcəklər. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
“Beynəlxalq təcrübədə Azərbaycan ilk dəfə “Tax-free” sistemini tətbiq etməyi qərara alıb. “Shoping festival” dövrümdə Azərbaycan sakinləri bu sistemdən istifadə edə biləcəklər”, - deyə Ə.Qarayev vurğulayıb.
Onun sözlərinə görə, ƏDV-nın qaytarılması şoppinq-mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçiriləcək. “Nəzərə almaq lazımdır ki, “Tax-free” bütün mallara tətbiq olunmur. Qida məhsulları, zərgərlik məmulatları və aksiz mallar bu siyahıya daxil olmayacaq”, - deyə o qeyd edib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov öz növbəsində bildirib ki, 254 ticarət və xidmət obyekti artıq bu sistemə qoşulub.
Onun sözlərinə görə, “Tax-free” sistemi üzrə ƏDV-nin qaytarılması ən azı 100 manat məbləğində mallar əldə edən vətəndaşlar barəsində tətbiq olunacaq. **
F.İsazadə