Mədəniyyət və Turizm Nazirliyi bu il ölkəyə turist axınının 200 min nəfər artacağını gözləyir. Bu barədə nazir Əbülfəs Qarayev məlumat verib.
“2016-cı ildə Azərbaycanda turist axının artımı 12% təşkil edib (2015-ci illə müqayisədə - İF). Cari il bu rəqəmləri əsas götütürük və 200 min turistin artımını gözləyirik”, - deyə nazir vurğulayıb.
O həmçinin bildirib ki, 2016-cı ilin yekunları üzrə Azərbaycanın turizmdən gəlirləri ÜDM-in 4%-i təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 2 mln. 248,8 min nəfər olub. Onların əksəriyyəti qoşu ölkələrin vətəndaşlarıdır. Xüsusilə turistlərin 33,1%-i Rusiya, 22,5%-i Gürcüstan, 14%-i Türkiyə, 11,1%-i İran vətəndaşıdır. Qalan 19,3%-i digər ölkələrdən gələn turistlər olub. **
F.İsazadə, N.Abbasova