Emil Qədimov Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bu barədə bankdan məlumat verilib.
“E.Qədimov bu vəzifədə filialların idarə edilməsi məsələləri ilə məşğul olacaq”, - deyə məlumatda deyilir.
E.Qədimov bank sektorunda 2003-cü ildən fəaliyyət göstərir. Son təyinata qədər ABB-nin "Səbail" filialının müdiri vəzifəsini müvəqqəti icra edib.
Məlumatda vurğulanır ki, Elvin Məmmədov bankın Problemli kreditlərlə iş Departamentinin direktoru vəzifəsinə təyinat alıb. O, ABB-nin Problemli kreditlərlə iş Departamentinin direktoru vəzifəsində Akif Əliyevi əvəz edib. A.Əliyev isə bankın İdarə Heyəti sədrinin müşaviri təyin olunub. **
A.Əzizov