Gürcüstan prezidenti Georgi Marqvelaşvili Bakı-Tbilisi-Ankara üçtərəfli əməkdaşlıq formatını effektiv hesab edir.
"Azərbaycan-Gürcüstan münasibətləri çox yüksək səviyyədədir. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını son dərəcə effektiv hesab edirəm", - deyə o, bu gün V Qlobal Bakı Forumunda bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan və Gürcüstanın sabiq prezidentləri Heydər Əliyev və Eduard Şevarnadze bu formatın yaradılmasında böyük rol oynayıblar.
"Düşünürəm ki, bu əməkdaşlıq formatı özünü qlobal miqyasda doğruldub», - deyə G.Marqvelaşvili əlavə edib.*
R.Babayev