Azərbaycan 2017-ci ildə iki "Shoping festival"ın keçirilməsindən 50 mln. manat məbləğində gəklir əldə etməyi nəzərdə tutur. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bəyan edib.
Xəbər verildiyi kimi, birinci "Shoping festival" 10 aprel-10 may tarixlərində, ikincisi oktyabr ayında planlaşdırılır.
"Shoping festival"ın keçirilməsinə dair bütün xərcləri nazirlik ödəyəcək. Gəlirlər isə büdcəyə daxil olacaq. İlkin hesablamalara görə, iki "Shoping festival"ın keçirilməsi dövlət büdcəsinə təxminən 50 mln. manat məbləğində gəlir gətirə bilər”, - deyə Ə.Qarayev vurğulayıb.
Bununla belə, nazirin sözlərinə əsasən, festivalların keçirilməsi üzrə xərclər 1,5 mln. manatı ötməyəcək. “İndiyədək festivalın keçirilməsi üzrə xərclər 500 min manatı ötüb. Ümumilikdə, reklam xərcləri də daxil olmaqla, festivalların keçirilməsi üzrə xərclər 1,5 mln. manatı ötməyəcək”, - deyə o bildirib.
Ə.Qarayev əlavə edib ki, nazirlik xaricdə "Shoping festival"ın reklamı üzrə işə start verir. “Biz bunu Rusiya bazarında, ərəb və digər ölkələrdə həyata keçirməliyik”, - deyə nazir vurğulayıb. **
F.İsazadə