Azərbaycana avtomobillə gələn əcnəbilərin əlavə ödənişlərdən azad olunması müzakirə edilir. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
“Biz bu məsələni müzakirə edirik. Yaxın zamanda məsələ öz həllini tapacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycana avtomobillə gələn əcnəbilər əlavə ödənişsiz yalnız qeydiyyatdan keçəcəklər. “Turizm Şurasının iclasında xüsusi müşavirə keçirilib. Şuranın nəzdində işçi qrupu yaradırıq. Həmin qrup o cümlədən bu məsələ ilə məşğul olacaq”, - deyə Ə.Qarayev vurğulayıb.
Bundan başqa, nazirin sözlərinə görə, həmçinin qrup şəkilndə avtobuslarda Azərbaycanın dövlət sərdədini keçən tursitlər üçün xüsusi xətlərin ayrılmaı məsələsi müzakirə edilir.
“Yaya qədər təkliflər formalaşdırmalıyıq. Həmin təkliflər “Turizm haqqında” qanunun yeni redaktəsində öz əksini tapmalıdır”, - deyə nazir əlavə edib. **
F.İsazadə