Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 94 cinayət faktı qeydə alınıb, onların 37-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 93 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.*
R.Babayev