UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün Yunanıstana səfərə dəvət edib.
Rəsmi KİV-in məlumatına görə, Mehriban Əliyeva və Marianna Vardinoyannis martın 16-da Bakıda görüşüblər.
Mehriban Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə inkişaf etdiyini bildirib.*
F.İsazadə