İndiyədək Bakı qəsəbələrində fəaliyyətgöstərən sahibkarlarSahibkarlığa Kömək Milli Fondu (SKMF) xətti ilə ümumilikdə 367 mln. manat məbləğində güzəştli kredit alıblar. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Bu vəsait hesabına 1,33 min investisiya layihəsi maliyyələşdirilib.
Cümə axşamı SKMF Bakının Xəzər rayonunda sahibkarlığa dövlət dəstəyi üzrə tədbir kerçirib.
“Tədbir çərçivəsində Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri 4 mln. manat ümumi məbləğdə güzəştli kredit əldə ediblər. Bu vəsait heyvandarlığın inkişafı, müasir istixana komplekslərinin, tikinti materiallarının istehsalı üzrə müəssisələrin yaradılmasına yönəlib. Bu layihələrin həyata keçirilməsi 200-dən çox iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda qeyd edilir.
Ümumilikdə indiyə qədər ar SKMF-in xətti ilə 1,2 min layihənin həyata keçirilməsi üçün 307 mln. manat məbləğində güzəştli kredit alıblar. Bu layihələr çərçivəsində 9 mindən artıq iş yeri yaradılıb.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğ 150 mln. manat təşkil edəcəyi planlaşdırılır. **
N.Abbasova